Azerbeycan Donanması İçin Türk Hücumbotları Teklifi
Azərbaycan və Türkiyə hərbi gəmiqayırma sahəsində əməkdaşlıq edəcək
12 Noyabr 2010
Bakı. Rəşad Süleymanov - APA. Türkiyənin hərbi gəmilərin istehsalı üzrə ixtisaslaşmış şirkətlərinin nümayəndələrindən ibarət bir neçə heyətin yaxın vaxtlarda Azərbaycana səfəri planlaşdırılır.
Bu barədə APA-ya Türkiyə Müdafiə Sənayesi Katibliyindən (SSM) məlumat verilib.
Nümayəndə heyətləri Azərbaycanla hərbi gəmiqayırma sahəsində əməkdaşlıq məsələlərini müzakirə edəcək, müştərək gəmi və digər üzmə vasitələrinin istehsalına dair fikir mübadiləsi aparacaq.
SSM-dən verilən məlumata görə, yaxın günlərdə Türkiyənin «Yonca Onuk» şirkətindən belə bir missiyanın səfəri gözlənilir. Hazırda adıçəkilən şirkət Xəzər ətrafı ölkələr üçün də sifarişlər əsasında üzmə vasitələrini təqdim etmək üçün danışıqlar aparır. Müzakirələr müsbət nəticələr verərsə, «Yonca Onuk» Azərbaycan və digər Xəzəryanı ölkələrin sifarişləri əsasında özəl dizayna malik, 500 ton su tutumunadək müxtəlif həcmli gəmilərin istehsalını həyata keçirə bilər.
Qeyd edək ki, «Yonca Onuk» şirkəti «Onuk» tipli kompozit gövdəli katerlərin istehsalını həyata keçirir. Hazırda bu şirkətin istehsal etdiyi katerlər bir sıra körfəz ölkələri, Gürcüstan və Pakistanın dəniz qüvvələri və sahil mühafizəsində istifadə olunur.
http://az.apa.az/xeber_Azerbaycan_ve_Turkiye_herbi__204507.htmlAzerbeycan Türkiye'den Topçu Atış İleri Gözetleyici ve Ateş İdare Merkezi Eğitim Simülatörü Alıyor
Azərbaycan Türkiyədən Artilleriya Atəş Müşahidəçisi Simulyatoru alacaq
Bakı. Rəşad Süleymanov – APA. Azərbaycan gələn ilin əvvəllərində Türkiyədən Artilleriya Atəş Müşahidəçisi Simulyatoru (AFOS) alacaq. Bu barədə APA-ya “Havelsan” şirkətindən məlumat verilib.
Simulyatorların alqı-satqısına dair danışıqlar 2009-cu ildə başa çatıb və razılaşma bu ilin əvvəlində əldə olunub. Hazırda istehsalçı şirkət sifarişçinin təklifləri nəzərə alınmaqla sistemin üzərində işləyir.
“Hazırda bu sistem Pakistan Silahlı Qüvvələri tərəfindən istifadə olunur. Azərbaycanla yanaşı, Gürcüstandan da sifarişlər var. Bu sistem sentyabr ayında Cənubi Afrikada keçirilən sərgidə də maraqla qarşılandı və yeni sifarişlərin alınması üçün müzakirələr aparılır”, - deyə şirkətdən bildirilib. Lakin şirkət alqı-satqı müqaviləsinin dəyərini açıqlamayıb.
Qeyd edək ki, AFOS 3D ölçülü geospesifik və geotipik landşaft təsvirlərinə, yüksək həlletmə qabiliyyətinə, peyk məlumatlarının daxil edilməsi və s. imkanlara malikdir. Sistemə həmçinin yeni landşaft xüsusiyyətlərinin və yeni silah sistemlərinin əlavə edilməsi imkanları var. Sistem real hədəf modellərini, real partlayıcı maddə effektlərini təsvir edir, sabit və hərəkət edən hədəfləri özündə saxlayır.
http://az.apa.az/xeber_Azerbaycan_Turkiyeden_Artilleriya_Atesh__204772.htmlTopçu Atış İleri Gözetleyici ve Ateş İdare Merkezi Eğitim Simülatörü
http://www.havelsan.com.tr/SisCoz/Projeler.aspxAzerbeycan Turna Hedef Uçağı Alıyor
Azərbaycanla Türkiyə şirkəti arasında “Turna” hədəf təyyarələrinin alqı-satqısına dair müqavilə imzalanması gözlənilir
16 Noyabr 2010
Bakı. Rəşad Süleymanov – APA. Yaxın vaxtlarda Azərbaycanla Türkiyənin TAİ (Turkish Aerospace İndustries) şirkəti arasında “Turna” hədəf təyyarələrinin (drone) alqı-satqısına dair danışıqların yekunlaşması və müqavilə bağlanması gözlənilir. Bu barədə APA-ya hərbi mənbələrdən məlumat verilib.
Artıq Azərbaycan tərəfi bu uçan vasitələrin taktiki-texniki göstəriciləri ilə tanış olub və müsbət rəy verilib. Azərbaycanın TAİ-dən alacağı hədəf təyyarələrinin sayı barədə məlumat verilmir.
“Bu hədəf təyyarələri TAİ-nin özəl məhsuludur. Hazırda Türkiyə Silahlı Qüvvələri tərəfindən istifadə olunur”, - deyə Türkiyə müdafiə sənayesi katibinin müavini İsmail Tohumçu APA-ya bildirib. İ. Tohumçu Azərbaycandan sonra Qazaxıstanın da bu təyyarələrə maraq göstərdiyini və alqı-satqısı üçün müzakirələrə başlanıldığını açıqlayıb.
http://az.apa.az/xeber_Azerbaycanla_Turkiye_shirketi_arasinda__204766.html