FRANSA AZERBAYCAN'A SAMP-T SATMAK İSTİYORMUŞ
Fransa bir il əvvəl Azərbaycana SAMP-T zenit-raket komplekslərini təklif edib. Lakin Azərbaycan bu təklifdən imtina edib və Rusiya istehsalı olan zenit-raket komplekslərinə üstünlük verib.
Bu haqda Rusiya saytları yazır.
Məlumatda ir ki, həmin sistemləri indi Gürcüstan əldə edə bilər. Gürcüstan öz hərbi-hava qüvvələrinin effektivliyini artırmaq üçün Fransadan bu sistemlərin alınmasına dair danışıqlar aparır.
SAMP-T zenit-raket kompleksləri 360 dərəcə radius boyu atəş aça bilir, olduqca güclü konstruksiyaya və yüksək manevrli raketlərə malikdir. Bu raketlər istənilən hava hədəfini məhv edə bilir.
http://milli-xeber.az/index.php?newsid=2895Kompleks Fransa və İtaliyanın silahlanmasına daxildir, bu ölkələrin NATO-nun Avropada ballistik raketləri tutmaq üçün nəzərdə tutulan hava hücumundan vahid müdafiə sisteminə öz töhfəsini verir.
SAMP-T kompleksləri yüksək atəş tempinə və minimal reaksiya müddətinə malikdir, 8 raketi cəmi 10 saniyə ərzində buraca bilir. Kompleks eyni vaxtda onlarla müxtəlif hava hədəflərini izləyir və cəmi iki nəfərlik heyətlə idarə olunur./virtualaz.org/