tam anlayamadım azerbaycan rpg-7 roketatar üretip türkiye'ye mi satacak? yoksa rpg-7 den daha üstün bir roketatar üretip mi satacak tam anlamadım. azerice bilen arkadaşlar varsa faydalı olur.
Türk Ordusu Azərbaycan silahını seçdi - EKSKLÜZİV
Müdafiə sənayemizdən ixracat həmləsi
20:58 25-02-2015: Azərbaycan Müdafiə Sənayesi Nazirliyi (MSN) Türkiyə Silahlı Qüvvələrinin keçirdiyi tenderin qalibi olub. Bu barədə "AzeriDefence"yə eksklüziv açıqlamasında müdafiə sənayesi naziri Yavər Camalov məlumat verib.
Nazirin sözlərinə görə, müqavilə Türkiyə SQ-nin xüsusi təyinatlılarına RPQ-7 qumbaraatanlarının çatdırılmasını nəzərdə tutur. Müqavilə üzrə MSN bu il Türkiyə SQ-nin nəzərdə tutulan sayda qumbaraatanla təchiz edəcək.
Y. Camalov qeyd edib ki, Azərbaycan istehsalı olan RPQ - 7V2 "Qaya" qumbaraatanları Türkiyənin müvafiq qurumunun sınaqlarından uğurla keçib.
"Bu silah hazırda ordumuzun silahlanmasında yer alır. Hətta bəzi göstəricilərinə görə digər ölkələrdə istehsal edilən RPQ-7-ləri də üstələyir", - deyə nazir vurğulayıb.
http://www.azeridefence.com/news.php?id=8855